Bonilya zirvədə, Qadze bir addımlıqda - "Zirə"nin bombardirləri

16:53 - 23 Aprel 2020

Koronavirus pandemiyası üzündən 20 turdan sonra dayandırılan Azərbaycan Premyer Liqasının 2019/20 mövsümü “Zirə”nin ən məhsuldar futbolçuları siyahısında lider dəyişikliyinə səbəb olmayıb.

 

Sportal.az xəbər verir ki, ölkə çempionatının yüksək dəstəsində “qartallar”ın ən yaxşı bombardiri olan Nelson Bonilya 14 qolla mövqeyini qoruyur.

 

İkinci sıradakı Riçard Qadzenin yeri dəyişməz qalsa da, cari mövsümdəki üç qolla Bonilyanın bir addımlığınadək irəliləyib.

 

Qış fasiləsində komandadan ayrılan Xulio Sezar Rodriges liderdən 2, Riçarddan 1 top geridədir.

 

Xəbər xətti