Marko Deviç "Sabah"dan ayrıldı

“Sabah” hücumçusu Marko Deviçlə yolları ayırdığını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, 36 yaşlı oyunçu koronavirus pandemiyası ilə bağlı xüsusi karantin rejimi tətbiq olunmağa başlayanda klub rəhbərliyinə müraciət edib. O, ölkəsinə, ailəsinin yanına yollanmaq istədiyini bildirib.

 

Serb əsilli ukraynalı futbolçunun bu istəyinə müsbət cavab verildiyi qeyd edilib. Bildirilib ki, futbolçu ilə klub rəhbərliyi arasında xüsusi karantin rejiminin vaxtı uzadılacağı halda, onun müqaviləsinin uzadılmaması barədə razılaşma olub. Bu razılaşmaya əsasən, artıq Deviçin “Sabah”la müqavilə müddəti başa çatıb.

 

Klub Marko Deviçə göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

Deviç daha əvvəl 2018-2019-cu il mövsümündə “Sabah”da çıxış edib. Ötən yay Serbiyanın “Voydovats” klubuna keçən təcrübəli oyunçu cari mövsümün qış fasiləsində yenidən paytaxt təmsilçisinə təmsilçisinə transfer olunub.

Tarix: 24 Aprel [23:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
5 İyun 2020
4  İyun 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio