"Ayaks" Babeli "Qalatasaray"a qaytarır

Niderlandın "Ayaks" klubu "Qalatasaray"dan icarəyə götürdüyü Rayan Babellə bağlı qərar verib.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı vinger İstanbul təmsilçisinə qayıdacaq. Amsterdam təmsilçisinin baş məşqçisi Erik ten Haq niderlandlı futbolçunu gələcək planında görmür.

 

"Qalatasaray" da təcrübəli oyunçunu heyətdə saxlamaq istəmir. Babelin karyerasını MLS klublarının birində davam etdirəcəyi gözlənilir.

 

"Ayaks"ın yetirməsi 2019-cu ildə "Fulhem"dən "Qalatasaray"a keçib.

Tarix: 27 Aprel [11:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio