"Sabah"dan yenilik

14:09 - 4 May 2020

“Sabah” futbol klubu daha bir yeniliyə imza atıb.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisinin rəsmi saytı artıq ingilis dilində də fəaliyyətə başlayıb. Saytdakı yeniliklərlə tanış olmaq üçün təqdim etdiyimiz keçiddən (http://sabahfc.az/en) istifadə etmək lazımdır.

 

Klub, onun tarixi, infrastrukturu barədə məlumatlarla yanaşı, ən son xəbərlər də ingilis dili versiyasında oxuculara təqdim olunur.

Xəbər xətti