Azərbaycanda ata və oğulların bir yerdə oynadığı komanda - VİDEO

14:14 - 6 May 2020

53 yaşlı Kamran Nurəhmədov Region Liqasında mübarizə aparan Qusarın “Şirvanovka” futbol klubunun həm təsisçisi, həm məşqçisi, həm də oyunçusudur.

 

Veteran futbolçu kariyerasını bitirdikdən sonra məşqçiliyə başlayıb.

 

Amma onu digər məşqçilərdən ayıran əsas məqam bəzi oyunlarda futbolçu kimi də mübarizə aparmasıdır. 53 yaşlı veteran hücumçu yetirmələrinin çətin anlarında meydana özü daxil olur. O, Region liqasında oynayan ən yaşlı futbolçudur.

 

“Şirvanovka” futbol klubu digər məqamla da diqqət çəkir. Komandanın heyətindəki oyunçulardan ikisi Kamran Nurəhmədovun oğullarıdır. “Şirvanovkada” ataları ilə birgə forma geyinən Habil və Kamil Nurəhmədov qardaşları uşaq yaşlarından futbolla məşğuldurlar.

 

Ailənin sonbeşiyi Ramil isə “Sabah”ın uğurları üçün çalışır. İstedadlı futbolçular ataları ilə eyni komandada oynamağın daha çox məsulliyyət tələb etdiyini bildirirlər.

 

2006-cı ildə Kamran Nurəhmədovun təsis etdiyi “Şirvanoka” ev oyunlarını Qusarın Şirvanlı kənd stadionunda keçirir. Komandanın heyətindəki 28 futboçunun hamısı klubun öz yetirmələri sayılır.

 

Veteran hücumçu kəndin aşağı yaş qruplarıdakı mübarizə aparıan 3 komandaya da məşqçilik edir. Elə Azərbaycan futbolunun tanınan simalarından sayılan Rahid Əmirquliyev bu kəndin yetirməsidir.

 

“Şirvanovka” ikinci sezondur Region Liqasında mübarizə aparır.

 

Xəbər xətti