"Yuventus" - "Lion" matçının vaxtı məlum oldu

15:15 - 10 May 2020

Çempionlar Liqasında İtaliyanın “Yuventus” və Fransanın “Lion” klubları arasında 1/8 final mərhələsinin cavab oyununun vaxtı müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Fransa klubunun prezidenti Jan-Mişel Ola matçın avqustun 7-də Turində azarkeşsiz keçiriləcəyini deyib.

 

"Lion" ilk matçda 1:0 hesabı ilə qalib gəlmişdi.

 

Çempionlar Liqasının oyunları koronavirus pandemiyası səbəbindən mart ayında dayandırılıb.

Xəbər xətti