Məşhur futbolçuların oynadığı Çin klubu iflas oldu

12:01 - 12 May 2020

Çinin "Tyantszin Tyanhay" klubu ölkə çempionatına qatılmayacaq.

 

Sportal.az xəbər verir ki, iflas olduğunu açıqlayan klub Super Liqada iştirakdan geri çəkilib. Bu komandanın əvəzinə yüksək dəstədə "Şençjen" mübarizə aparacaq.

 

2006-cı ildə qurulan klubun öncəki adı "Tyantszin Qyoantszyan" idi. Komandada son illər Aksel Vitsel, Aleşandre Pato, Luis Fabiano, Antoni Modeste kimi futbolçular oynayıb. Bir müddət komandanın baş məşqçi postu Fabio Kannavaroya tapşırılmışdı.

Xəbər xətti