Zlatan İbrahimoviç cərimələnəcək

00:53 - 15 May 2020

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç cəzalanacaq.

 

Sportal.az xəbər verir ki, buna səbəb ulduz futbolçunun Stokholmda lisenziya vaxtı bitmiş “Ferrari Monza SP2” markalı maşını ilə gəzməsi olub.

 

Avtomobili qanunsuz idarə edən İsveç millisinin keçmiş üzvü cərimələnəcək.

 

“Ferrari Monza SP2” markalı maşın dünyada 500 ədəddir. 38 yaşlı futbolçu ötən il ad günündə maşını özünə hədiyyə edib.

Xəbər xətti