"İdman fəaliyyətini kafe və restoranlarla müqayisə etmək düzgün deyil"

Bu gün Nazirlər Kabineti yanında Operativ qərargahının mətbuat konfransı keçirilib.

 

Sportal.az xəbər verir ki, toplantıda idman fəaliyyətinin bərpası yenə əsas müzakirə mövzusu olub. TƏBİB-də xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bununla bağlı açıqlama verib:  

 

“İdman tədbirlərinin keçirilməsi kütləvi haldır. İdman zallarının da açılmasına tələsməməliyik. Məşqlər qapalı yerlərdə keçirilir. Orada çoxlu insan aktiv idmanla məşğul olur. Bunu kafe və restoranlarla müqayisə etmək düzgün deyil. Aktiv idmanla məşğuliyyət zamanı insanlar tərləyir. Tənəffüs çox aktiv olur. Bu isə yoluxma riskini artırır.

 

Maskada idman etmək fiziki olaraq çox çətin olar. Hər bir açılan müəssisə üçün xüsusi sanitar qaydalar hazırlayırıq. Düşünürük ki, orada yoluxmalar artmasın. İdman zallarında vasitələrdən istifadə olunur, hansı ki, təmasla virusun yoluxmasına səbəb ola bilər. Qaydalar tam hazırlanandan sonra düşünmək olar”. 

Tarix: 18 May [23:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 Sentyabr 2020
27  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio