"Yuventus" Dibalanın müqaviləsini uzadacaq

"Yuventus" hücumçusu Paulo Dibalanın müqaviləsini uzatmağa hazırlaşır.

 

Sportal.az "Football Italia"ya istinadla xəbər verir ki, Turin klubun agentinalı oyunçu ilə 5 illik saziş bağlayacaq. Dibalanın illik maaşı 10 milyon avro olacaq.

 

Onun indiki qazancı ildə 7,5 milyon avrodur.

 

"Yuventus" 26 yaşlı futbolçunu 2015-ci ildə "Palermo"dan 40 milyon avroya transfer edib. Dibala bu mövsüm 34 oyunda 13 qol vurub, 12 assist edib.

Tarix: 19 May [14:14]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
5 İyun 2020
4  İyun 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio