"Zirə"dən ayrılmağa qərar verdi

11:11 - 22 May 2020

"Zirə"nin müdafiəçisi Bəxtiyar Həsənalızadə komandadan ayrılmağa qərar verib.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı futbolçu mövsümün sonunda başa çatacaq müqaviləsini uzatmaq fikrində deyil. "Qartallar" da Bəxtiyarı komandada saxlamağa cəhd etmir.

 

Bəxtiyar keçmiş klubu "Sumqayıt"a qayıtmaq istəyir. Təcrübəli oyunçu 2019-cu ilin yanvarında "Zirə" ilə 1,5 illik müqavilə imzalamışdı. O, bu mövsüm 12 oyun keçirib. 

Xəbər xətti