PSJ İkardi üçün "İnter"ə təklif göndərəcək

11:27 - 23 May 2020

PSJ "İnter"dən icarəyə götürdüyü Mauro İkardini transfer etməyə hazırdır.

 

Sportal.az xəbər verir ki, Paris təmsilçisi argentinalı hücumçunun keçidi üçün Milan klubuna 50+10 milyon avro təklif göndərəcək.

 

"İnter" 27 yaşlı hücumçunun təzminat qiymətini 70 milyon avro müəyyənləşdirib.

 

Hücumçu Fransa çempionatında 20 oyunda 12 qol vurub, 2 assist edib. Onun "İnter"lə müqaviləsi 2022-ci ilin iyunun 30-dək nəzərdə tutulub.

Xəbər xətti