Fransa çempionu qəzada öldü

18:18 - 24 May 2020

Fransanın "Oser" klubunun keçmiş futbolçusu Fabris Lepol maşın qəzasında vəfat edib.

 

Sportal.az xəbər verir ki, 43 yaşlı keçmiş oyunçu mayın 22-nə keçən gecə ağır qəzada ölüb.

 

Lepol yetirməsi olduğu "Oser"lə 1995/1996 mövsümündə Fransa çempionu olub. Lepol 1997-ci ildə də avtomobil qəzasına düşdükdən bir neçə il sonra karyerasını bitirmişdi. Mərhum "Sent-Etyen" və "Kan"da da çıxış edib.

 

Onun oğlu Esteban Lepol "Lion"un gənclərdən ibarət komandasında çıxış edir.   

Xəbər xətti