Salaha görə Ramosla görüşməyib

"Liverpul"un yarımmüdafiəçisi Harvi Elliot 2018-ci ildə "Real"ın bazasında olarkən Madrid təmsilçisinin kapitanı Serxio Ramosla görüşməkdən imtina etdiyini deyib.

 

Sportal.az xəbər verir ki, 2018-ci ildə "Fulhem"də çıxış edən 17 yaşlı futbolçu "Real" da daxil olmaqla bir çox klubların hədəfində olub. Hətta "Kral klubu" onu "Santyaqo Bernabeu" stadionuna ekskursiyaya dəvət edib. Stadion gəzintisində ona "Real"ın əfsanəsi Serxio Ramosla görüşməyi təklif ediblər.

 

"Xeyr, sağ olun, Məhəmməd Salaha qarşı etdiklərinə görə onunla görüşmək istəmirəm", - Elliot deyib.

 

Gənc ingilis oyunçu Serxio Ramosa görə "Real"a getmək isəmədiyini sözlərinə əlavə edib: "Ramosu Salaha qarşı etdiyi hərəkətə görə sevmirəm. Məhəmməd gənc futbolçular üçün kraldır. Məşqdə ondan çox şey öyrənirik. Salahı kumirim hesab edə bilərəm. O, gənc oyunçulara çox yardım olur".

 

Elliot 2019-cu ildə "Liverpul"a transfer olub.

 

2018-ci ildə Çempionlar Liqasının finalında keçirilən "Real" - "Liverpul" matçında (3:1) Serxio Ramos Məhəmməd Salahı bilərəkdən zədələmişdi. Misirli futbolçu oyunu erkən tərk etməli olmuşdu.

Tarix: 3 İyun [10:44]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
10  İyul 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio