“Sumqayıt” avrokubok matçlarını harada keçirəcək? - klubdan açıqlama

18:18 - 24 İyun 2020

“Sumqayıt” klubu UEFA Avropa Liqasındakı ev oyunlarını doğma stadionunda keçirəcək.

 

Sportal.az xəbər verir ki, bu barədə klubun prezidenti Riad Rəfiyev məlumat verib:

 

“Sumqayıtdakı “Kapital Bank Arena” UEFA Avropa Liqasının standartlarına cavab verir. Biz nəinki birinci, mərhələni adlasaq, ikinci təsnifat mərhələsinin oyununu da burada keçirə bilərik. Stadionumuz həmin mərhələlər üçün irəli sürülən tələblərə uyğundur”.

 

Rəfiyev transfer siyasətində hələ ki, fəal olmamalarını belə izah edib:

 

“Bizim siyasətimiz olduğu kimi qalacaq. Yenə yerli futbolçulara üstünlük verəcəyik. Klubda büdcənin artırılıb-artırılmayacağı daha sonra bilinəcək. Biz hazırda daha çox sərhədlərin açılmasını gözləyirik. Çünki xaricdə yaşayan azərbaycanlı futbolçularla danışıqlar aparırıq. Yeni transferlərimiz arasında yenə xaricdə top qovan həmyerlilərimiz olacaq” (oxu.az).

Xəbər xətti