"Qəbələ"də ayrılıq - əcnəbi futbolçu müqavilə təklifini qəbul etmədi

16:00 - 26 İyun 2020

"Qəbələ"də ayrılıq baş verib.

 

Sportal.az-ın məlumatına görə, Merab Qiqauri "qırmızı-qaralar"ın yeni müqavilə təklifini qəbul etməyib. 27 yaşlı yarımmüdafiəçi digər Premyer Liqa klublarından daha sərfəli təklif gözlədiyi üçün bu qərarı verib.

 

Gürcü futbolçu 2019-cu ilin yayında "Torpedo"dan "Qəbələ"yə keçmişdi. O, ötən mövsüm 22 oyunda 2 assist edib.

Xəbər xətti