PSJ-dən ayrıldı, "Bayern"ə keçdi

12:27 - 1 İyul 2020

"Bayern" PSJ-dən ayrılan Tanqi Kuassini transfer edib.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, 18 yaşlı müdafiəçi ilə 2024-cü il iyunun 30-dək müqavilə imzalanıb.

 

Fransalı futbolçu ötən mövsüm əsas komandada 13 oyun keçirib, 3 qol vurub, 1 assist edib.

Xəbər xətti