Şehiç addım-addım "Beşiktaş"a

23:23 - 1 İyul 2020

"Liverpul"dan icarəyə götürdüyü Loris Karius ilə yollarını ayıran "Beşiktaş" qapıçı axtarışını davam etdirir.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi mövsümün sonunda "Ərzurumspor"la müqaviləsi bitəcək İbrahim Şehiçi transfer etməkdə maraqlıdır.

 

"Ağ-qaralar" bosniyalı qolkiperə illik 400 min avro (əlavə olaraq 150 min avro agent haqqı) maaş ödəməyə hazırdır. Tərəflər arasında danışıqlar davam edir və yaxın həftələrdə transferin tamamlanacağı gözlənilir.

 

31 yaşlı qapıçı 2013-2018-ci illərdə "Qarabağ"da çıxış edib. O, Ağdam klubundan ayrıldıqdan sonra "Ərzurumspor"a keçmişdi.

Xəbər xətti