Qvardiola Sanenin "Bayern"ə keçdiyini təsdiqlədi

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandanın vingeri Leroy Sanenin "Bayern"ə transfer olacağını təsdiqləyib.

 

Sportal.az xəbər verir ki, ispaniyalı çalışdırıcı tərəflərin anlaşdığını, lakin transferin hələ rəsmiləşmədiyini deyib. O, Saneyə təşəkkür edib və Münhen klubundakı karyerasında uğurlar arzu edib:

 

"Anlaşma var, ancaq rəsmi deyil. Sanenin "Bayern"ə keçəcəyi görünür. Onun üçün hər şeyin yaxşısını diləyir və təşəkkür edirik. Klubdan ayrılmağı özü istədi və hər kəsin həyatı var. Burada davam etmək istəmirdi. Qalmağını istəyirdim, amma o, daha xoşbəxt olmaq istəyirdi. "Bayern" Saneyə uyğun klubdur".

 

24 yaşlı alman futbolçu "şəhərlilər"də 135 oyun keçirib, 39 qol vurub, 45 assist edib.

 

 

Tarix: 2 İyul [16:33]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Avqust 2020
13  Avqust 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio