"Qarabağ"ın keçmiş məşqçisi "Valensiya"da

"Qarabağ"ın keçmiş məşqçisi Ruben Selyes bundan sonra ölkəsi İspaniyada çalışacaq.

 

Sportal.az xəbər verir ki, Danimarkanın "Orxus" klubundan ayrılan 36 yaşlı mütəxəssis "Valensiya"da fəaliyyət göstərəcək. La Liqa təmsilçisi Selyesin akademiyada çalışacağını açıqlayıb.

 

Selyes yeni mövsümdən etibarən akademiyanın "Yuvenil B" komandasında əsas məşqçi olacaq.

 

İspaniyalı mütəxəssis 2012-2014-cü illərdə "Neftçi"də, 2015-2017-ci illərdə isə "Qarabağ"da məşqçi kimi çalışıb. 

Tarix: 3 İyul [09:09]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Avqust 2020
11  Avqust 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio