"Sabah"da ispaniyalı baş məşqçi - RƏSMİ

“Sabah”ın yeni baş məşqçisi bəlli olub.

 

Sportal.az xəbər verir ki, komanda bundan sonra ispaniyalı mütəxəssis Visente Qomes çalışdıracaq. 48 yaşlı məşqçi ilə 2 illik müqavilə bağlanıb.

 

Visente Qomes məşqçi karyerası ərzində Ukraynanın “Dinamo” (Kiyev) klubunun əvəzedici komandasında baş məşqçi (2014-2016), bu klubun əsas komandasında (2016-2017, 2019), həmçinin Səudiyyə Ərəbistanının “Əl-Əhli” (2017-2018), Rusiyanın “Spartak” (2018) klublarında köməkçi məşqçi və Ukraynanın “Olimpik” (Donetsk) klubunda (2019/20) baş məşqçi kimi çalışıb.

 

Tarix: 10 İyul [16:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Avqust 2020
14  Avqust 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio