Polşada çempion müəyyənləşdi

11:29 - 13 İyul 2020

Polşa çempionatında 2019/20 mövsümünün qalibi məlum olub.

Sportal.az xəbər veri ki, XXXV turda "Krakovia"nı məğlub edən "Legiya" sona iki tur qalmış çempionluğunu rəsmiləşdirib. Sözügedən komanda hazırda ən yaxın izləyicisi ehtiyatında 1 oyun olan "Lex"i 11 xal qabaqlayır və əlçatmazdı.

"Legiya" son 5 ildə 4-cü dəfə Ekstraklasanın qalibi olub. Varşava təmsilçisi 14 qat Polşa çempionudu.

Xəbər xətti