Rocer Roxas: "Azərbaycanda bu xoşbəxtliyi yaşamadım"

"Sabah"ın keçmiş futbolçusu Rocer Roxas "Futbolcentroamerica" nəşrinə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Kolumbiyanın "Deportes Tolima" klubunda çıxış edən honduraslı hücumçu Azərbaycandakı karyerası barədə də danışıb:

 

“Karyeramı "Olimpiya"da bitirmək niyyətindəyəm. Futbolda ailə də vacibdir, mən həmişə milyonçu yox, övladlarımı böyütmək üçün lazımi mənbələrə sahib olmaq istədiyimi söyləmişəm. "Olimpiya"da hər şey qazandım. Amma ölkəmdən kənarda çempion ola bilmədim. Kosta-Rikada çempion ola bilmədim. Səudiyyə Ərəbistanı və Azərbaycanda da bu xoşbəxtliyi yaşamadım. Amma ən böyük arzum "Deportes Tolima" ilə çempion olmaqdır".

 

29 yaşlı forvard ötən mövsüm “Sabah”da 13 oyunda 2 qol vurub.

 

Tarix: 22 İyul [11:34]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 Sentyabr 2020
27  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio