PSJ-də "Atalanta" ilə oyun öncəsi daha bir itki

11:47 - 6 Avqust 2020

Çempionlar Liqasının 1/4 finalında "Atalanta" ilə qarşılaşacaq PSJ oyuna ciddi itkilərlə çıxacaq.

 

Sportal.az xəbər verir ki, Kilian Mbappedən sonra komandanın aparıcı üzvü Marko Verratti də zədələnib. 27 yaşlı yarımmüdafiəçi məşqdə sıradan çıxıb.

 

PSJ - "Atalanta" oyunu avqustun 12-də Lissabondakı "Da Luş" stadionunda baş tutacaq.

Xəbər xətti