Çempionlar Liqası: II təsnifat mərhələsinin püşkü atıldı

14:28 - 10 Avqust 2020

Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.

 

Sportal.az xəbər verir ki, "Qarabağ" - “Sileks” (Şimali Makedoniya) cütünün qalibi ikinci mərhələdə “Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq) matçının güclüsü ilə qarşılaşacaq.

 

II təsnifat mərhələsinin matçları avqustun 25-26-da keçiriləcək

 

Çempionlar Liqası, II təsnifat mərhələsi

Çempionlar yolu

Floriana (Malta)/ÇFR Kluj (Rumıniya) - Dinamo (Zaqreb, Xorvatiya)
Yanq Boyz (İsveçrə) - KÍ (Farer adaları) - Slovan Bratislava (Slovakiya)
Seltik (Şotlandiya)/Reykyavik (İslandiya) - Ferentsvaroş (Macarıstan)/Yurqarden (İsveç)
Flora Tallinn (Estoniya)/Suduva (Litva) - Makkabi Təl-Əviv (ISR)/Riga (Latviya)
Legiya (Polşa)/Drita (Kosovo)/Linfild (Şimali İrlandiya) - Ararat (Ermənistan)/Omoniya (Kipr)
Çelye (Sloveniya)/Dandolk (İrlandiya) - Molde (Norveç)/KuPS (Finlandiya)
Buduçnost (Monteneqro)/Ludoqorets (Bolqarıstan) - Midtyulland (Danimarka)
Dinamo Brest (Belarus)/Astana (Qazaxıstan) - Konnas-Ki Komads (Uels)/Sarayevo (Bosniya və Herseqovina)
Qarabağ (Azərbaycan)/Sileks (Şimali Makedoniya) - Şeriff (Moldova)/Fola Eş (Lüksemburq)
Dinamo Tbilisi (Gürcüstan)/Tirana (Albaniya) vs Srvena Zvezda (Serbiya)/Europa (Cəbəllütariq)

 

Qeyri-çempionların yolu
AZ Alkmaar (Niderland) - Viktoriya Plzen (Çex Respublikası)
PAOK (Yunanıstan) - Beşiktaş (Türkiyə)
Lokomotiv Zaqreb (Xorvatiya) - Rapid (Avstriya).

Xəbər xətti