"Arsenal"ın qapıçısı "Aston Villa"da

13:13 - 16 Sentyabr 2020

İngiltərənin "Aston Villa" klubu "Arsenal"ın qapıçısı Emiliano Martinesi transfer edib.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, argentinalı qapıçı ilə 4 illik müqavilə imzalanıb. Birmingem təmsilçisi bu keçid üçün 20 milyon funt-sterlinqindən keçib.

 

28 yaşlı qapıçı 2010-cu ildə 1,5 milyon avro qarşılığında Argentinanın "İndependyente" klubundan London təmsilçisinin akademiyasına keçmişdi.

Xəbər xətti