Komandalar meydana xüsusi pankartla çıxdı - FOTO

19:19 - 27 Sentyabr 2020

Azərbaycan Premyer Liqasında IV turun "Neftçi" - "Qəbələ" oyununa komandalar xüsusi pankartla çıxıb.

 

Sportal.az xəbər verir ki, "Dalğa Arena"da keçirilən matçdan öncə cəbhə bölgəsindəki vəziyyətlə əlaqədar orduya dəstək məqsədilə  tərəflər üzərində "Biz Birlikdə Güclüyük" şüarı qeyd olunan banneri nümayiş etdirib. Daha sonra Azərbaycanb Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca stadiondakı monitorda bu gün erməni işğalından azad edilən ərazilərlə bağlı Müdafiə Nazirliyinin açıqlaması təqdim edilib.

 

Səhər saatlarından cəbhəboyu davam edən döyüşlər nəticəsində Füzuli və Cəbrayıl rayonlarında 6 kənd işğaldan azad edilib, Murov dağdakı yüksəklik və Ağdərə ərazisindəki əhəmiyyətli yollar bölmələrimiz tərəfindən nəzarətə götürülüb.

 

Xəbər xətti