"Mövqeyimiz bəllidir - Azərbaycanı dəstəkləyirik" - Visente Qomes

Azərbaycan Premyer Liqasında V turun "Sabah" - "Keşlə" oyunundan (0:2) sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Visente Qomes jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib:

 

- Oyun bərabər səviyyədə keçdi. Sadəcə, əks-hücumlar matçın taleyini həll etdi. Biz yararlana bilmədik, rəqib yaxşı istifadə etdi və qələbə qazandı.

 

- "Sabah" 5 oyuna da fərqli heyətlə çıxıb. Bu, nə ilə bağlıdı?
- Həftəiçi məşqlərin gedişinə baxıram. Fərqli heyətə səbəb zədəlilərin olmasıdı.

 

- Cəbhədə baş verənlərlə bağlı mövqeyiniz nədi?
- Əlbəttə ki, biz idman adamıyıq, bizim və ölkəmizin mövqeyi bəllidir - Azərbaycanı dəstəkləyirik. Müharibə hər zaman can itkisinə səbəb olur.

Tarix: 2 Oktyabr [19:03]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 Yanvar 2021
26  Yanvar 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio