İspaniya millisinin hücumçusu "Qarabağ"la oyunu buraxacaq

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Vilyarreal"ın heyətlə bağlı problemləri var.

Sportal.az xəbər verir ki, komandanın hücumçusu Jerar Morenonun bu ayın sonuna qədər oynamayacağı dəqiqləşib. Yığmanın heyətində sol ayaq budundan xəsarət alan forvard tibbi müayinədən keçib və azı 2 həftə meydana çıxa bilməyəcəyi bəlli olub. Bu isə o deməkdi ki, 28 yaşlı forvard Avropa Liqasında ilk iki görüşü buraxmalı olacaq.

Morenodan əlavə Pervis Estupinyan və Sofyen Şaklanın vəziyyəti isə naməlumdu. Ekvador yığmasının heyətində zədələnən Estupinyanın durumuna bu gün aydınlıq gələcək. Koronavirusa yoluxan Şakla isə Mərakeşdə karantinə alınıb.

Qrup mərhələsinin II turunda, 29 oktyabrda keçiriləcək  "Qarabağ" - "Vilyarreal" qarşılaşması saat 21:55-də başlayacaq. Matç Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək.

Tarix: 15 Oktyabr [15:04]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio