Millimizin üzvü oynadı, 7 qol vuruldu

10:21 - 19 Oktyabr 2020

Ukrayna Premyer Liqasında 6-cı tura yekun vurulub.


 
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” doğma meydanda "İnhulets"lə qarşılaşıb və 4:3 hesabı ilə qalib gəlib.


 
Paşayev start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. O, 34-cü dəqiqədə sarı vərəq alıb.
 

“Aleksandriya” hazırda 9 xalla 14 komanda arasında 8-ci pillədə qərarlaşıb.

Xəbər xətti