Quluzadənin komandasından növbəti qələbə

11:07 - 21 Oktyabr 2020

Moldova çempionatında XV turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Azərbaycanın millisinin sabiq üzvü Amit Quluzadənin formasını geyindiyi "Milsami" doğma meydanda "Zimbru"ya qalib gəlib - 2:0.

Amit bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

15 turdan sonra 30 xalı olan "Milsami" 10 komanda arasında 2-ci pillədə qərarlaşıb.

Xəbər xətti