Pikedən "Barselona" rəhbərliyinə sərt sözlər: "Bu, rəzalətdi"

14:26 - 23 Oktyabr 2020

"Barselona"nın hücumçusu Jerar Pike klub rəhbərliyini sərt tənqid edib.

Sportal.az xəbər verir ki, prezident Xosep Bartomeunin müşaviri Xaume Masferrerin sosial mediada komandanın əfsanələrini tənqid edən hesablarla əlaqəsinin olduğunun üzə çıxması barədə danışan müdafiəçi bunun rəzalət olduğunu söyləyib:

"Klubun bizi tənqid etmək üçün pul xərcləməsi rəzalətdi. Üstəlik, bunun arxasında olan hələ də burda çalışır. Biabırçılıqdı".

Lionel Messinin bir müddət öncə ayrılmaq istəməsi və komandada qalması prosesi haqqında danışan 33 yaşlı oyunçu klubun stadionu "Kamp Nou"ya onun adının verilməsinin lazım olduğunu bildirib:

"Leoya qalmasını söylədim. "Kamp Nou"ya onun adı verilməlidi. Messi hər şeyi haqq edir. Təsəvvür edin: tarixin ən yaxşı futbolçusu klub rəhbərliyi onu dinləmir deyə, faks göndərmək məcburiyyətində qalır. Bu, şok edici hadisədi. Qvardiola, Xavi, Puyol və ya Valdes kimi adların klubda olmaması məni təəccübləndirir. Onları fərqli rollarda olsa belə, komandada saxlamalısız. Bu adlar klubun tarixidi",

Maaşlarda endirim edilməsi barədə danışan Pike bunun kluba yaraşmadığını söyləyib: "Mən müqaviləmi yenilədim. Çünki sahib olduğum hər şeyi mənə "Barselona" verib. Ancaq rəhbərliyin bu dönəmdəki mövqeyi çox yanlışdı".

Xəbər xətti