"Qarabağ"ın rəqibi Tanzaniyadan futbolçu transfer etdi

15:55 - 23 Oktyabr 2020

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan İsrailin "Makkabi" klubu heyətini yeni oyunçu ilə gücləndirib. Sportal.az xəbər verir ki, Tel-Əviv təmsilçisi Tanzaniyanın "Azam" komandasından Novatus Disması transfer edib.

Gənc oyunçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Novatus Dismas Tanzaniyanın U-21 yığmasının üzvüdü.

"Makkabi" qrup mərhələsindəki ilk matçda "Qarabağ"ı minimal hesabla məğlub edib - 1:0.

Xəbər xətti