"Yuventus"un futbolçusu Ueston MakKenni koronavirusdan sağalıb.
Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçidən götürülən növbəti test nümunələrinin cavabları mənfi olub.
MakKeninin oktyabrın 14-də koronavirusa yoluxduğu açıqlanmışdı.