"Qarabağ" Türkiyəyə yollanır

00:01 - 27 Oktyabr 2020

Avropa Liqasının qrup mərhələsinin ikinci turunda "Qarabağ" Türkiyədə "Vilyarreal" (İspaniya) klubunu qəbul edəcək.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi bu gün saat 17:00-da İstanbula yollanacaq. Komanda səfərə Bakı - İstanbul çarter reysi ilə yollanacaq.

Qeyd edək ki, "Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-u, saat 21:55-də Fatih Terim adına Başakşehir stadionunda keçiriləcək.
 

Xəbər xətti