Bundesliqa klubunda yeni müqavilə

13:54 - 28 Oktyabr 2020

"Hoffenhaym" müdafiəçisi Ştefan Poşla müqavilənin müddətini uzadıb.

Sportal.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında imzalanan yeni sözləşmənin müddəti 2024-cü ilin 30 iyununa qədərdi. Əvvəlki müqavilənin müddəti bu mövsümün sonunda bitəcəkdi.

Mərkəz müdafiəçisi olan Poş 2016-cı ildən "Hoffenhaym"da çıxış edir.

Xəbər xətti