Neymarın durumuna aydınlıq gəldi

18:12 - 30 Oktyabr 2020

Çempionlar Liqasının qrup mərhələsinin II turunda "Başakşəhər"lə görüşdə (2:0) zədələnən PSJ-nin hücumçusu Neymarın durumuna aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, tibbi müayinədən keçən braziliyalının əzələsindən xəsarət aldığı aşkarlanıb. Neymar ən azı üç həftəlik yaşıl meydanlardan kənar qalacaq. O, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədən sonra məşqlərə qatıla biləcək. "Sambaçı" Çempionlar Liqasının "Leypsiq", Liqa 1-in "Nant" və "Renn"lə görüşlərini buraxacaq.

Neymar İstanbuldakı matçın 26-cı dəqiqəsində əvəzlənmişdi.

Xəbər xətti