Kubokun püşkatma vaxtı açıqlandı

Azərbaycan Kubokunda 2020/2021-ci illər mövsümünün iştirakçı komandaları müəyyənləşib. Sportal.az xəbər verir ki, yarışda Premyer Liqanın 8 komandası ilə yanaşı, I Divizion təmsilçiləri olan “Turan Tovuz”, “Zaqatala”, “Kəpəz” və “Qaradağ Lökbatan” mübarizə aparacaq. 

“CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq püşkatma mərasimi 24 noyabr tarixdə AFFA-nın inzibati binasında keçiriləcək. Saat 13:00-da başlayacaq tədbir Azərbaycan Respublikası ərazisində koronavirus pandemiyası səbəbindən karantin rejimi tətbiq olunduğuna görə klub və KİV nümayəndələri üçün qapalı olacaq. (PFL)

Tarix: 17 Noyabr [12:05]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
2 Dekabr 2020
1  Dekabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio