"Arsenal"ın məşqində qalmaqal

16:28 - 20 Noyabr 2020

"Arsenal"ın məşqində münaqişə baş verib.

Sportal.az əbər verir ki, hazırlıq prosesi zamanı müdafiəçi David Luis yarımmüdafiəçi Daniel Sebalyosu vurub. Buna səbəb ispaniyalının komanda yoldaşına qarşı kobud oynaması olub. Luisin endirdiyi zərbədən sonra Sebalyosun burnundan qan açılıb. O, yerə yıxılsa da, dərhal ayağa qalxaraq, qarşılıq vermək istəyib. Lakin komanda yoldaşları və klub əməkdaşları toqquşmanın daha da böyüməsinə imkan verməyiblər.

Xəbər xətti