Qriqorçukun komandası çempion oldu

14:27 - 29 Noyabr 2020

Belarusda 2020 mövsümünə yekun vurulub.

Sportal.az xəbər verir ki, çempion sonuncu - XXX turun oyunlarından sonra müəyyənləşib.

Son turda Soliqorsk “Şaxtyor”u doğma meydanda “Minsk”ə qalib gəlib - 4:2. Bu qələbə ilə Roman Qriqorçukun baş məşqçisi olduğu  komanda 59 xalla ölkə çempionu olub. BATE 58 xalla ikinci, 56 xala malik “Torpedo - BerlJodino” üçüncü olub.

Qriqorçuk 2015-2018-ci illər aralığında “Qəbələ”ni çalışdırıb. O, bu ilin sentyabrında Belarus təmsilçisinə baş məşqçi təyin olunub.

Xəbər xətti