"Qarabağ"ın futbolçusu koronavirusdan sağaldı - İstanbula gedir

10:55 - 2 Dekabr 2020

"Qarabağ"ın futbolçusu Rahil Məmmədov koronavirusdan sağalıb.

Sportal.az xəbər verir ki, milli komandanın düşərgəsində ikən xəstəliyə yoluxan və bu səbəbdən Xorvatiyada qalan müdafiəçinin son testi mənfi çıxıb. Məmmədov bu gün günorta saatlarında İstanbulda olacaq və komandaya qoşulacaq.

"Qarabağ" Avropa Liqasının qrup mrhələsinin V turunda Tel-Əviv "Makkabi"si ilə qaşrılaşacaq. Sabah İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə 21:55-də start götürəcək.

Xəbər xətti