"Qarabağ"dan koronavirusa yoluxanlarla bağlı açıqlama

“Qarabağ” klubdakı koronavirusa yoluxmalar barədə açıqlama yayıb.

 

Sportal.az ağdamlıların rəsmi saytına istinadən xəbər verir ki, komanda Avropa Liqasının qrup mərhələsinin V turunda qarşılaşacağı “Makkabi” ilə oyunöncəsi UEFA-nın tələblərinə uyğun koronavirus testindən keçib.

"Atlılar"ın hücumçusu Mahir Emrelidə testin nəticəsi pozitiv çıxıb və Türkiyəyə aparılmayıb.

Bir müddətdi Türkiyədə reabilitasiya keçən müdafiəçi Abbas Hüseynov da bu gün koronavirus testindən keçib və onda da koronavirus aşkarlanıb.

Daha öncə isə komandanın baş məşqçisi Qurban Qurbanov və klubun tərcüməçiləri - Elvar Quliyevlə Aydın Rüstəmovda da testin nəticəsi pozitiv çıxdığı üçün komandadan ayrı düşüb.

Milli komandanın düşərgəsində koronavirusa yoluxmuş Maksim Medvedev hələ də malicəsini Lüksemburqda davam etdirir. Xorvatiyada isə müalicə keçən müdafiəçi Rahil Məmmədovun dünən verdiyi koronavirus testinin nəticəsi mənfi çıxıb və Türkiyəyə gələrək komandaya qoşulub.

Milli komandanın heyətindən gəldikdən sonra koronavirusa yoluxmuş daha bir futbolçu Musa Qurbanlının son iki testi də neqativ çıxıb, lakin futbolçu məşqlərdən uzaq olduğun üçün "Makkabi" ilə oyunun heyətinə əlavə edilməyib.

Tarix: 2 Dekabr [21:47]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio