Jiru Çempionlar Liqasının tarixinə düşdü

12:55 - 3 Dekabr 2020

“Çelsi”nin hücumçusu Olivye Jiru Çempionlar Liqasının tarixinə düşüb.

Sportal.az xəbər verir ki, 34 yaşlı fransız futbolçu turnirdə ən yaşlı poker edən oyunçu ünvanına sahib çıxıb.

Forvard qrup mərhələsinin V turunda İspaniyada “Sevilya”nı 4:0 hesabı ilə məğlub etdikləri matçda bütün qolların müəllifi olub.

Olivye Jiru 2018-ci ildən “Çelsi”də çıxış edir.

Xəbər xətti