"Səbail"də daha bir ayrılıq

11:32 - 10 Yanvar 2021

“Səbail” futbolçusu Elgün Nəbiyevlə yolları ayırıb.

 

Sportal.az xəbər verir ki, onun müqaviləsinin vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə edilib.

 

24 yaşlı yarıımüdafiəçini ötən ilin avqustundan komandada çıxış edirdi.

 

“Səbail” daha öncə Arsen Ağcabəyov, Orxan Qurbanlı, Murad Qayalı, Əli Sadıxov və Baxtiyar Rəhmani ilə də yollarını ayırmışdı.

Xəbər xətti