Millinin qran-pri üçün heyəti

16:30 - 14 Yanvar 2021

Fransanın Nitsa şəhərində keçiriləcək Henri Deqlan "Qran-pri" turniri üçün Azərbaycanın sərbəst güləş yığmasının heyəti açıqlanıb.

 

Sportal.az xəbər verir ki, Nitsada ölkəni baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Mahir Əmiraslanov, Georgi Edişeraşvili, İslam Bazarqanov (hamısı 57 kq), Turan Bayramov (70 kq), Coşqun Əzimov, Hacımurad Hacıyev, Hacımurad Ömərov (hamısı 74 kq), Abubakr Abakarov, Osman Nurməhəmmədov (hər ikisi 86 kq) və Şərif Şərifov (97 kq) təmsil edəcək.

 

Yığma bu gün Fransaya yollanıb. Sabah sərbəst güləşdə bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək və idmançıların ilk rəqibləri müəyyənləşəcək.

 

Hazırda Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışını davam etdirən yunan-Roma güləşi üzrə milli isə Fransaya yanvarın 16-da yollanacaq.

 

I kateqoriyalı hakim İntiqam Alıyev "Qran-pri"də ədaləti qoruyacaq. Üç gün davam edəcək yarışda ölkəni sərbəst və yunan-Roma güləşçiləri təmsil edəcək. Yarışın proqramına əsasən, yanvarın 15-də qadınlar, 16-da sərbəst güləşçilər, 17-də isə yunan-Roma güləşçiləri mübarizə aparacaq.

Xəbər xətti