Özil "Arsenal"la müqaviləsini ləğv edir - "Fənərbaxça"ya keçəcək

15:15 - 16 Yanvar 2021

“Arsenal”ın futbolçusu Məsut Özil komandadan ayrılacaq.

 

Sportal.az "Sky Sports"a istinadla xəbər verir ki, Almaniya millisinin keçmiş üzvü "topçular"la müqaviləsini ləğv edəcək. Tərəflər bu barədə razılığa gəliblər.

 

32 yaşlı yarımmüdafiəçi karyerasını Türkiyənin "Fənərbaxça" klubunda davam etdirəcək. Onunla 3,5 illik müqavilə imzalanacaq. Özilə 2,5 milyon avro imza pulu veriləcək. Təcrübəli oyunçunun illik məvacibi 5 milyon avro olacaq.

Xəbər xətti