"Mançester Siti"dən ayrılır - Qvardiola açıqladı

13:41 - 26 Yanvar 2021

"Mançester Siti" müdafiəçisi Erik Qarsiya ilə yollarını ayıracaq.

 

Sportal.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Pep Qvardiola məlumat verib:

 

"Qarsiyanın mövsümün sonunda komandadan ayrılacağına əminəm. Qış fasiləsində də ayrıla bilər, transfer pəncərəsi bağlanana qədər gözləyəcəyik".

 

İngiltərə mətbuatının məlumatına görə, 20 yaşlı müdafiəçini "Barselona" transfer etmək istəyir.

 

Qarsiyanın "şəhərlilər"lə müqaviləsi 2021-ci ilin iyunun 30-da başa çatır. O, 2017-ci ildə 1,7 milyon avro qarşılığında "Barselona"nın akademiyasından Mançester təmsilçisinə keçib. İspaniyalı futbolçu bu mövsüm əsas komandada 8 oyun keçirib.

Xəbər xətti