"Arsenal" "Real"ın futbolçusunu icarəyə götürdü

15:38 - 27 Yanvar 2021

“Arsenal” "Real"ın futbolçusu Martin Edeqoru icarəyə götürüb.

 

Sportal.az xəbər verir ki, norveçli futbolçunu mövsümün sonuna qədər "topçular"da çıxış edəcək. O, komandada 11 nömrəli formada oynayacaq.

 

"Real" Edeqoru 2015-ci ildə transfer edib. 22 yaşlı yarımmüdafiəçi daha öncə Niderlandın "Herenven" və "Vitess" klublarına icarəyə verilmişdi. O, ötən mövsüm icarə əsasında çıxış etdiyi "Real Sosyedad"da meydana çıxdığı 36 oyunda 7 qol vurub, 9 məhsuldar ötürmə edib.

Xəbər xətti