"Zirə" yeni futbolçu ilə müqavilə imzaladı - rəsmi

12:00 - 30 Yanvar 2021

“Zirə” yeni futbolçu ilə anlaşıb.

 

Sportal.az xəbər verir ki, qəsəbə təmsilçisi Filipe Pahtmanla 6 ay + 3 illik müqavilə imzalayıb. Ukraynanın "Lvov" klubuna məxsus futbolçu sonradan transfer hüququnu almaq şərti ilə mövsümün sonuna qədər icarəyə götürülüb.

 

20 yaşlı hücumçunun transfer hüququ alınacağı halda onunla bağlanmış 3 illik müqavilə qüvvəyə minəcək.

 

Gənc futbolçu bu mövsüm 7 oyun (359 dəqiqə) keçirib və qol vurmayıb. Filipe "Lvov"a 2019-cu ilin yayında "Fluminense"nin akademiyasından keçib.

 

 

Xəbər xətti