"Neftçi"nin əcnəbisi: “Azərbaycan futbolunda şərtlər daha yaxşıdır”

20:39 - 24 Fevral 2021

“Neftçi”nin yarımmüdafiəçisi Bruno Teluşi Azərbaycan və Albaniya futbolunu müqayisə edib.

 

Sportal.az xəbər verir ki, alban futbolçu “Panoramasport”a açıqlamasında Azərbaycan futbolunun səviyyəsi barədə danışarkən bunları söyləyib:

 

“Azərbaycan futbolu Albaniyadakından xeyli fərqlənir. Burda futbolun səviyyəsi yüksəkdir. Şərtlər isə bizdəki ilə müqayisədə daha yaxşıdır”.

 

Ötən ilin oktyabrından “Neftçi”də çıxış edən 30 yaşlı oyunçunun “ağ-qaralar”la müqaviləsi cari mövsümün sonuna qədərdir.

Xəbər xətti